7 aprel 2022-ci il tarixində on nəfərlik monitorinq qrupu başda sədr dosent Quliyev Allahverdi müəllim olmaqla İqtisadiyyat və idarəetmə fakültəsində olmuşlar.
Onlar fakültədə ikinci növbədə olan dərsləri cədvəl üzrə paylaşdıraraq hər biri müxtəlif dərslərdə iştirak etdilər.
Sədr, dosent Quliyev Allahverdi müəllim fakültənin dekan əvəzi dosent Məsim Abadovla Menecment və tutizm işi kafedrasının baş müəllimi, i.f.d. Qasımov Şahin müəllimin dərsində iştirak etdilər.
Monitorinq qrupunun digər üzvü Sahil müəllim İqtisadiyyat kafedrasının Baş müəllimi Gülsəba Qazıyevanın və müəllim Aytac Cəfərovanın. Cəfər müəllim Menecment və turizm işi kafedrasının müəllimi Azər Tağıyevin
Elvin müəllim, Kəmalə müəllimə və İlqar müəllim isə İdarəetmə kafedrasının müəllimləri Şəlalə Həsənovanın, Mətanət İsmayılovanın, İqtisadiyyat kafedrasının baş müəllimi Aynur Kərimovanın və Menecment və turizm işi kafedrasının baş müəllimi Vəfa Məmmədovanın və müəllim Elnurə Xudaverdiyevanın dərslərində iştirak etmişlər.
Dərslər yekulaşdıqdan sonra monitorinq komissiyasının üzvləri dekan əvəzi, kafedra müdirləri və müəllimlərin iştirakı ilə geniş müzakirələr apardılar. Müəllimlərin üstün cəhətləri , onların dərsə yüksək səviyyədə hazır olmaqları. müəllimlərin əksəriyyətinin gənc doktorant olmaları vurğulandı, sənədlərinin yerində olması qeyd olundu.
Sonda monitorinq üzvləri müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar arzuladılar.