20.06.2022-ci il tarixindən Vətəndaşlara xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Gəncə regional Asan xidmət mərkəzində İqtisadiyyat və idarəetmə fakültəsinin təcrübəçi tələbələri ilə müəssisənin direktoru Turqut Mustafazadə ilə görüşü keçirilmişdir. Tədbirdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və Asan xidmət mərkəzinin əməkdaşları iştirak edirdilər.
Azərbaycan Respublikasının Nazirlər kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 saylı qərarına əsasən ali təhsil müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübələrin keçirilməsi Universitet ilə istehsalat müəssisəsi arasında ikitərəfli əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. 1 saylı Asan xidmət Mərkəzinin direktoru Turqut Mustafazadə İstehsalat təcrübəsi müddətində təcrübəçi tələbələrin həmin müəssisənin nizam –intizam qaydalarına əməl etdiklərini, həmin müəssisənin təcrübəli işçiləri ilə bərabər vətəndaşlara xidmət göstərdiklərini, müəssisənin qarşıya qoyduğu idarəetmə orqanlarının iş təcrübəsi ilə yaxından tanış olduqlarını qeyd etdi. Təcrübə müddətində fərqlənən təcrübəçi tələbələrə sertifiqatlar təqdim olundu.
Tədbirin sonunda təcrübəçi tələbələr müəssisənin rəhbərliyi ilə xatirə şəkilləri çəkdirdilər.