1 noyabr 2022-ci il tarixində Menecment və turizm işi kafedrasının baş müəllimi i.f.d., Qasımov Şahin Nəsib oğlunun “Maliyyə menecmenti” fənnindən “Müəssisənin maliyyələşməsi” mövzusunda Maliyyə və Mühasibat uçotu ixtisasları III kursunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı dosent Məsim Abadov, kafedra müdiri dosent Əli Allahverdiyev və müəllimlər iştirak etdilər. Dərsdə proyektordan istifadə edildi.