Türkiyədə bazar ertəsi səhərə yaxın baş vermiş zəlzələdə indiyədək azı 3381 nəfərin öldüyü, 20 min 426 nəfərin yaralı olduğu bildirilir.
Bu barədə AFAD-ın risklərin azaldılması üzrə baş meneceri Orhan Tatar məlumat verib.
Ölkənin Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqanı Yunus Sezer bir qədər əvvəl verdiyi açıqlamada bildirib ki, Türkiyə indiyədək “65 ölkədən kömək istəyib”.
Bazar ertəsi səhər saatlarında, Qaziantep yaxınlığında 7.8 bal gücündə zəlzələ insanların çoxusunun yuxuda olduğu saatlarda baş verib.
“Report”un Ankara bürosunun məlumatına görə, yardım üçün müraciət edən ilk ölkə Azərbaycan olub.
Türkiyədə yerli mətbuat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməyə hazırlaşdığını açıqlayıb.