22 fevral 2024-cü il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində Xocalı faciəsi ilə bağlı anım günü tədbiri keçirildi. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, dekan Məsim Abadov , dekan müavini Könül Əlizadə, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak etdilər. Tədbirdə həmçinin Universitet mətbuat nümayəndələri də iştirak etdi.