Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun 25 aprel 2025-ci il tarixində keçirilmiş 05 saylı iclasının gündəliyi
SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq mexanizminin formalaşdırılması üçün hazırlanmış təklif sənədinin müzakirəsi və təsdiqi.
Qərar
1. Təqdim olunan bütün təkliflər, monitorinq qrupu tərəfindən hazırlanmış sənədə daxil edilsin.
2. Hər bir təklif və rəy nəzərdən keçirilərək uyğun şəkildə sənədin müvafiq hissələrinə əlavə olunsun, beləliklə, sənədin tamlığı və uyğunluğu təmin edilsin.
3. Hazırlanan və təkliflərlə zənginləşdirilən sənəd monitorinq qrupu tərəfindən yekunlaşdırılaraq təsdiq edilsin.
4. Hazırlanmış sənədin bir nüsxəsi Keyfiyyətin təminatı və qiymətləndirmə Komissiyasına təqdim edilsin.
5. Monitorinq qrupunun üzvlərinin təsdiq edilmiş təhlil sənədi əsasında SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq mexanizminin formalaşdırılması üçün təkliflər hazırlaması üçün 5 iş günü müddətində vaxt müəyyən edilsin.
6. Təklif sənədinin hazırlanmasına dair təkliflər və rəylər 5 iş günü ərzində monitorinq qrupuna təqdim edilsin.
7. Monitorinq qrupunun növbəti iclası 16 may 2025-ci il tarixində keçirilsin və iclasda monitorinq qrupu tərəfindən hazırlanmış təkliflərin universitetin SİP sənədinin icrasına dair hazırlanmış fəaliyyət planında nəzərə alınmasının müzakirə edilməsi və bununla da monitorinq qrupunun üzərinə düşən fəaliyyətlərin tamamən icra olunduğunu nəzərə alaraq yekun hesabatın hazırlanaraq təsdiq edilməsi ilə bağlı qərarlar qəbul edilsin.




