Elmi-nəzəri seminar

25 aprel 2025-ci il tarixində saat 12-00 da İdarəetmə kafedrasının baş müəllimi Ramazanov Səbuhi İdris oğlunun ” Biznesin inkişafında yeni trendlər: Startap layihələrinin məzmunu və əhəmiyyəti” mövzusunda elmi-nəzəri seminarı keçirildi. Seminarda fakültə dekanı dosent Məsim Abadov , üç kafedra müdiri və müəllimlər iştirak etdilər. Seminarda Azərbaycanın sosial-iqtisadi inkişafında innovativ yanaşmaların tətbiqi sürətlənir. Bu kontekstdə “Biznesin inkişafında yeni trendlər: Startup layihələri” mövzusunda təqdim edilən məqalədə ölkədə startap mühitinin formalaşması, texnologiya yönümlü ideyaların təşviqi və investorların bu sahəyə cəlbi məsələləri ətraflı təhlil olunur. Ekspert rəyləri və rəsmi yanaşmalar əsasında formalaşan yazı, ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş potensialın mövcudluğunu vurğulayır.