14 oktyabr 2025-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsinə monitorinq qrupu gəlmişdir. Qrup üzvləri dekan Məsim Abadovun otağında müşavirə keçirtmiş və qrupun rəhbəri dosent Allahverdi Quliyev cədvəl üzrə dərsləri qrup üzvləri aralasında bölmüş qiymətləndirmə vərəqlərini göturərək dərslərə getmişlər.
Müəllimlər auditoriyalara yönləndilər. Hüseynov Rasim müəllim 301 ayditoriya Statistika fənni -müəllim Quliyeva Könül: Cabbarova Telli 113 auditoriya Milli təhlükəsizlik fənni-müəllim Əliyev Ramil, Rüstəmova Tükəzban müəlimə 103 auditoriya- Maliyyə fənni-müəllim Əliyeva Məhluqə, Cabbarova Telli 111 auditoriya Makroiqtisadiyyat fənni – Cəfərova Xalidə, Cabbarov İlqar- 210 auditoriya- Ehtimal nəzəriyyəsi və riyazi statistika- müəllim Gülnara İmanova, Rzayeva Mətanət 303 auditoriya Peşə etikası və etiket qaydaları- müəllim Bağırova Gülnara, Quliyev Allahverdi müəllim 205 auditoriya- Turizm marşrutları və ekskursiya işinin təşkili- müəllim Hüsenova Safura, 211 auditoriya Quliyev Allahverdi müəllim- Turizm iqtisadiyyatı- müəllim Aynur Kərimova və s.
Dərslər bitdikdən sonra müzakirələr keçirildi. Müzakirələrdə kafedra müdirləri iştirak etdilər. Müəllimlərin dərsləri yüksək qiymətləndirildi, bəzi iradlar bilindirildi və kafedra müdirləri o nöqsanların aradan qaldırılmalarına söz verdilər.










































