Gəncə Dövlət Universitetində (GDU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və rektorun baş müşaviri Asif Cavadov çıxış edərək qadınların cəmiyyətdəki önəmli mövqeyindən və elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin inkişafındakı rolundan bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev qadınlara daim yüksək dəyər vermiş, qadın hüquqlarının qoruması və ictimai fəallığının təşkili məsələsini diqqət mərkəzində saxlamışdır. Bu gün həmin siyasət dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə böyük töhfələr verirlər. Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti və xeyirxah əməlləri ilə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.
Tədbirdə Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev, GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova və Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva mövzu ətrafında çıxış ediblər.
Daha sonra 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə GDU-nun bir qrup qadın əməkdaşına və tələbələrə Fəxri Fərman təqdim olunub.
Fakültəmizdən “Menecment və turizm işi” kafedrasının baş müəlimi Vəfa Məmmədova, “İqtisadiyyat” kafedrasının müəllimi Emiliya Əsgərova, “İqtisadiyyat” ixtisasının III tələbəsi İbrahimova Reyhan, “Turizm işinin təşkili” ixtisasının II kurs tələbəsi Novruzova Solmaz, “İqtisadiyyat” ixtisasının I kurs tələbəsi Abbasova Maya Fəxri Fərmanla təltif olunublar.
Uğurlarının davamlı olmasını arzu edirik!











