8 MART: zəriflik və gücün bayramı fakültəmizdə qeyd olundu

Baharın gəlişi ilə təbiətin oyandığı bu gözəl günlərdə təqvimlər ən nəzakətli bayramlardan birini — 8 Mart Beynəlxalq Qadınlar Gününü göstərir. Bu gün sadəcə təqvim günü deyil, həm də cəmiyyətimizin sütunu olan qadınlarımıza olan hörmət və ehtiramın ifadəsidir.

Bu özəl gün münasibətilə fakültəmizdə olduqca səmimi və rəngarəng anlar yaşanıb. Fakültənin fəal tələbələri bu günü dərslərlə yanaşı, həm də xoş bir ənənə ilə yadda qalan ediblər.

Səhər saatlarından etibarən tələbələr öz müəllimlərini və inzibati heyətdə çalışan xanımları gül dəstələri ilə qarşılayıblar. Tələbələrin bu diqqəti müəllimlər tərəfindən böyük sevinc və təşəkkürlə qarşılanıb. Bu addım fakültəmizdəki müəllim-tələbə münasibətlərinin sadəcə akademik deyil, həm də yüksək mənəvi dəyərlərə söykəndiyinin bir göstəricisidir.

“Qadın bir əli ilə beşiyi, digər əli ilə dünyanı silkələyir.” Elmin və təhsilin işığında gələcək nəsilləri yetişdirən bütün qadın pedaqoqlarımızın rolu əvəzsizdir.

Fakültə rəhbərliyi və tələbə kollektivi adından başda xanım müəllimlərimiz, işçi heyətimiz və tələbələrimiz olmaqla, bütün qadınları təbrik edirik! Sizlərə cansağlığı, tükənməz enerji və elmi fəaliyyətinizdə uğurlar arzulayırıq. Qoy simanızdan təbəssüm, qəlbinizdən bahar təravəti əskik olmasın.

BAYRAMINIZ MÜBARƏK!