Yenilik və təravət rəmzi – Yel çərşənbəniz mübarək!

Azərbaycan xalqının zəngin mənəvi dəyərlərini özündə yaşadan, baharın gəlişinin xəbərçisi olan növbəti çərşənbəni – Yel çərşənbəsini qarşılayırıq.

Xalq inanclarına görə, bu gün təbiət oyanır, hava saflaşır və bərəkətli yazın nəfəsi duyulmağa başlayır. Yel çərşənbəsi həm də yenilik, dinamika və hərəkət deməkdir.

Yel çərşənbəsinin gətirdiyi bu bahar təravətinin elmi fəaliyyətinizdə sizə yeni uğurlar, təhsilinizdə tükənməz enerji və şəxsi həyatınızda bol ruzi-bərəkət bəxş etməsini arzulayırıq. Qoy bu çərşənbənin mehriban mehi evlərinizə sevinc, qəlblərinizə isə hüzur gətirsin.

Bayramınız mübarək olsun!