AÇIQ DƏRSLƏR

29 aprel 2022-ci il tarixində I növbə İqtisadiyyat və idarəetmə fakultəsi Mühasibat və maliyyə ixtisasları II kurs tələbələrinə Qiymət və qiymətləndirmə fənnindən İqtisadiyyat kafedrasının baş müəllimi Allahverdiyeva Ziyafət Cəmil qızının “Xarici ticarətdə qiymətin əmələ gəlməsi “mövzusunda açıq dərsi keçirildi. Dərsdə İqtisadiyyat kafedrasının müdiri dosent Z.Əhmədov, baş müəllimlər G.Qazıyeva və V.Quliyeva , müəliimlər X.Kazımov və A.Cəfərova iştirak etdilər. Dərsdə proyektordan istifadə edildi.

29 aprel 2022-ci il tarixində II növbə İqtisadiyyat və idarəetmə fakultəsi Marketing ixtisası II kurs tələbələrinə Marketing fənnindən Menecment və turizm işi kafedrasının baş müəllimi Gülnara Turabovanın “Marketing sistemində qiymətin əmələ gəlməsi “mövzusunda açıq dərsi keçirildi. Dərsdə Menecment və turizm işi kafedrasının müəliimləri Azadə Vəliyeva, Elnurə Xudaverdiyeva və Gülnara Bağırova iştirak etdilər.