Konstitusiya Günü
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun – müstəqil Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən […]