Baharın müjdəçisi olan Novruz fakültəmizə qədəm qoydu!
Bu gün keçirilən “Novruz gəlir, yaz gəlir” adlı tədbirimiz əsl el şənliyinə çevrildi. Şənlikdə GDU-nun AHİK sədri Afaq Qasımova, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşı Elnur Rzayev və fakültə heyəti iştirak ediblər.
Şənlik dövlət himnimizin səslənməsi ilə başlandı. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan olundu. Milli geyimli tələbələrimizin rəqsləri, səməni ilə bəzədilmiş bayram xonçaları, fakültə heyətinin açdığı bayram süfrələri və Novruz personajlarının zarafatları fakültəmizdə əsl bayram ab-havası yaratdı. Tədbir çərçivəsində tələbələrin və müəllimlərin intellektual yarışda qazandıqları Fəxri fərman və Təşəkkürnamələr təqdim edildi.
Bu gözəl bayram şənliyi bizə bir daha xatırlatdı ki, Novruz təkcə təbiətin deyil, həm də qəlblərin yenilənməsidir.
Baharın gəlişi münasibətilə bütün müəllim və tələbə heyətimizi ürəkdən təbrik edirik! Süfrəniz ruzili, bayramınız mübarək olsun!















































