Fakültəmizdə növbəti uğurlu açıq dərs keçirildi!

“İqtisadiyyat və İdarəetmə” fakültəsində “İdarəetmə” kafedrasının müəllimi Kamil Cəfərov tərəfindən “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının I kurs tələbələrinə “Heyətin idarə olunması” fənni üzrə maraqlı və interaktiv açıq dərs baş tutdu. Dərsdə “İdarəetmə” kafedrasının müdiri, i.f.d., dosent Afəddin Həmidov, “İqtisadiyyat” kafedrasının müdiri i.f.d., dosent Zakir Əhmədov, Tədris işləri üzrə dekan müavini Mustafa Cəfərov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, “İdarəetmə” kafedrasının baş müəllimi Rəhmiyyə İbrahimova, “İqtisadiyyat” kafedrasının müəllimi Könül Əlizadə iştirak etdilər.

Dərsin gedişatında əsas diqqət əmək müqavilələrinin bağlanması zamanı hüquqi bazanın düzgün qurulmasına və beynəlxalq idarəetmə standartlarına yönəldilib. Eyni zamanda, müasir idarəçinin (menecerin) etik davranış normaları, komanda ilə işləmək bacarığı və emosional intellektin idarəetmədəki rolu barədə ətraflı məlumat verilib.

Mövzu ətrafında keçirilən sual-cavab sessiyasında tələbələr əmək qanunvericiliyinin tətbiqi və iş yerində yarana biləcək problemlərin həlli yolları barədə öz fikirlərini bölüşüblər. Açıq dərsdə iştirak edən müəllim heyəti dərsin metodikasını və mövzunun aktuallığını yüksək qiymətləndiriblər.

Sonda qeyd olunub ki, bu cür açıq dərslər tələbələrin həm hüquqi savadlılığının artmasına, həm də gələcək karyeralarında idarəetmə bacarıqlarını inkişaf etdirmələrinə xidmət edir.

Kamil müəllimə elmi fəaliyyətində uğurlar arzu edirik!