İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) zəngin irsini daha yaxından tanımaq məqsədilə muzeyə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələrə müsəlman Şərqində ilk demokratik respublikanın qurulma tarixi, o dövrün siyasi və iqtisadi islahatları, həmçinin dövlət rəmzlərinin yaranma prosesi haqqında ətraflı məlumat verilib. Muzeydə nümayiş olunan nadir sənədlər, fotolar və tarixi eksponatlar tələbələrin böyük marağına səbəb olub.
Bu səfər tələbələrin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onlarda milli dövlətçilik ənənələrinə bağlılıq və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədini daşıyır. Ziyarətin sonunda tələbələr xatirə fotoları çəkdirib və tariximizin bu şanlı dövrü ilə bağlı təəssüratlarını bölüşüblər.



