“İdarəetmə” fakültəsinin müəllimi Lamiə Babayeva “Biznesin idarə edilməsi” tələbələri üçün (III kurs) “Tədarük zəncirinin idarə edilməsi prosesi və logistikanın mahiyyəti” mövzusunda açıq dərs təşkil etmişdir. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, kafedranın müdiri dosent Afəddin Həmidov, dekan müavini Xəqani Kazımov, müəllim Kamil Cəfərov, müəllim Elnarə İslamova, müəllim Gülşən Tağıyeva iştirak etmişlər.
Qeyd olunub ki, tədarük zənciri logistikadan daha geniş bir anlayışdır. Açıq dərsdə tələbələrə məhsulun yaradılmasında iştirak edən bütün tərəflərin (təchizatçı, istehsalçı, distribütor, pərakəndə satıcı və müştəri) inteqrasiyası, həmçinin effektiv tədarük zənciri idarəetməsi xərcləri, xidmət keyfiyyəti, bazarda rəqabət üstünlüyü çatdırılmışdır.
İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri üçün tədarük zəncirini anlamaq, sadəcə texniki bilik deyil, həm də gələcəyin biznes idarəçiliyinə yiyələnmək deməkdir. Unutmayın ki, müasir dövrdə şirkətlər deyil, tədarük zəncirləri rəqabət aparır.
Lamiə müəlliməyə elmi fəaliyyətində uğurlar arzu edirik!






