İqtisadiyyat kafedrasında tədrisin keyfiyyəti və imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olunub.

20 aprel 2026-cı il tarixdə İqtisadiyyat kafedrasının iclası baş tutmuşdur. Kafedra müdiri dosent Zakir Əhmədov və iclasda iştirak edən müəllim heyəti bakalavriat və magistratura səviyyələri üzrə tədrisin təşkili, eləcə də qarşıdan gələn imtahan sessiyasına hazırlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar. Həmçinin, bakalavriat və magistratura tədris planlarında yer alan seçmə fənlərin yenidən müəyyənləşdirilməsi müzakirə edilib. Qeyd olunub ki, seçmə fənlər iqtisadiyyat sahəsindəki müasir trendlərə və əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, tələbələrin praktiki bacarıqlarının artırılmasına xidmət etməlidir.

İclasda həmçinin kafedranın baş müəllimi Kərimova Aynur Müşfiq qızının III kurs tələbələri ilə keçirdiyi “Azərbaycan iqtisadiyyatının regional inkişafı” mövzusundakı açıq dərsi müzakirə olunub. Kafedra üzvləri dərsin metodoloji baxımdan yüksək səviyyədə təşkil olunduğunu və mövzunun aktuallığını vurğulayaraq, dərsi müsbət qiymətləndiriblər.

Sonda 2025-2026-cı tədris ilinin II yarımili üzrə imtahanların keçirilmə forması müzakirə olunub. Bakalavriat və magistratura səviyyələri (əyani və qiyabi) üzrə kafedraya aid fənlərin imtahan qaydaları dəqiqləşdirilib, şəffaflığın və obyektivliyin təmin edilməsi üçün müvafiq qərarlar qəbul edilib.