Gələcəyin turizmçilərindən sevgi dolu ziyarət: SOS Uşaq Kəndində Bir Gün

“Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələr İdarəetmə kafedrasının müəllimi Kubra Cəfərovanın rəhbərliyi ilə fərqli və olduqca təsirli bir səfərə imza atıblar. Onlar məhz saf duyğuların paylaşıldığı, uşaq gülüşlərinin divarlara həkk olunduğu SOS Uşaq Kəndini ziyarət ediblər.

Ziyarət zamanı tələbələr kəndin balaca sakinləri ilə yaxından tanış olub, onlarla səmimi söhbətlər edib, müxtəlif maraqlı oyunlar oynayıblar. Gələcəyin turizm mütəxəssisləri üçün bu görüş həm də bir həyat dərsi olub: insanlara xidmət etmək üçün ilk növbədə böyük bir ürəyə sahib olmaq lazımdır.

Görüş boyu uşaqların gözlərindəki sevinc, tələbələrin isə onlara bəxş etdiyi isti münasibət duyğusal anlarla yadda qalıb. Təşkil olunan kiçik hədiyyələr və şirin ziyafət süfrəsi uşaqların üzündə xoş təbəssüm yaradıb.

Bu görüş hər iki tərəfin yaddaşında dərin izlər buraxıb. Bu addım sübut etdi ki, peşəsindən asılı olmayaraq, hər bir fərdin cəmiyyətə verə biləcəyi ən böyük töhfə bir uşağın üzündəki təbəssümdür.

Kubra müəllimə və “Turizm işinin təşkili” qrupunun bu təqdirəlayiq addımı hamımız üçün nümunədir. Unutmayaq ki, kiçik bir diqqət böyük bir gələcəyin başlanğıcı ola bilər!