“İdarəetmə” kafedrasının müəllimi Gülüstan Fərəcova tərəfindən ilə müəllim və gənc tədqiqatçılar üçün növbəti elmi-nəzəri seminar keçirilmişdir. Seminarın mövzusu müasir akademik mühitdə ən aktual məsələlərdən biri olan “Scopus indeksli jurnallarda elmi məqalələrin yazılması və nəşr prosesi”nə həsr olunmuşdur.
Seminar zamanı məruzəçi tərəfindən beynəlxalq bazalarda indekslənən jurnalların tələbləri, akademik yazının strukturu və məqalələrin qəbul prosesini sürətləndirən texniki məqamlar ətrafında geniş məlumat verilmişdir.
Seminarda əsasən aşağıdakı məsələlər işıqlandırılmışdır:
- Scopus və Web of Science: Jurnal seçimi zamanı diqqət edilməli olan meyarlar (Kvartillər – Q1, Q2 və s.);
- IMRaD strukturu: Giriş, metodologiya, nəticələr və müzakirə bölmələrinin beynəlxalq standartlara uyğun tərtibi;
- Akademik etika: Plagiatla mübarizə və düzgün istinad qaydaları;
- Resenziya (Peer-review) prosesi: Redaktor və rəyçilərlə işgüzar kommunikasiyanın qurulması.
İnteraktiv keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, məqalələrin elmi nüfuzunun artırılması üçün praktiki tövsiyələr verilmişdir. Fakültə rəhbərliyi və dekanlığı bu növ tədbirlərin universitetin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə və elmi potensialın artırılmasına xidmət etdiyini vurğulamışdır.
Gülüstan müəlliməyə bu təşəbbüsünə görə minnətdarlıq bildiririk!






