İqtisadiyyat və idarəetmə fakültəsində növbəti açıq dərs keçirilib.

İqtisadiyyat və İdarəetmə fakültəsində tədrisin keyfiyyətinin yüksəldilməsi və qabaqcıl metodikaların tətbiqi məqsədilə növbəti açıq dərs təşkil olunub.

“İqtisadiyyat” kafedrasının baş müəllimi Rafiq Abbasov tərəfindən “Biznesin idarə edilməsi” ixtisasının I kurs tələbələri üçün “Mikroiqtisadiyyat” fənni üzrə keçirilən dərs “İstehsal xərcləri və mənfəət” mövzusuna həsr edilib. Açıq dərsdə Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, kafedranın nümayəndələri – Baş müəllim Gülsəba Qazıyeva, Müəllim Şəhla Abbasova, Müəllim Könül Əlizadə, Müəllim Emiliya Əsgərova, Müəllim Gülşən Tağıyeva, Müəllim Aygün Kərimova iştirak ediblər. Mühazirə zamanı müəssisənin iqtisadi fəaliyyətinin əsasını təşkil edən xərclərin təsnifatı, sabit və dəyişən xərclərin dinamikası, həmçinin mənfəətin maksimallaşdırılması yolları ətraflı təhlil olunub.

Dərsdə müasir təlim texnologiyalarından və interaktiv metodlardan istifadə edilərək, nəzəri biliklər real bazar nümunələri ilə əlaqələndirilib. Tələbələr iqtisadi mənfəət və mühasibat mənfəəti arasındakı fərqləri, orta və son hədd xərclərinin hesablanması qaydalarını müzakirə ediblər.

Sonda dərsin gedişatı ilə bağlı rəylər dinlənilib və tətbiq olunan metodikanın effektivliyi yüksək qiymətləndirilib.

Rafiq müəllimə elmi fəaliyyətində uğurlar arzu edirik!