Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü müasir dövlətçilik tariximizin ən önəmli hadisələrindən biri kimi qeyd edilir. Heydər Əliyev dühası Azərbaycanın həm siyasi, həm də iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində misilsiz rol oynamışdır.
Müasir Azərbaycanın inkişaf strategiyasının təməlini qoyan dahi şəxsiyyət, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırılması və milli özünüdərkin bərpası istiqamətində böyük işlər görmüşdür. Onun uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən təhsil və elm sahəsində köklü islahatlar həyata keçirilmişdir. Bu gün müstəqil Azərbaycan dövləti məhz Ulu Öndərin müəyyən etdiyi strateji kursla inkişaf edərək öz ərazi bütövlüyünü tam bərpa etmiş qalib bir ölkəyə çevrilmişdir.
Onun zəngin siyasi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillər üçün ən böyük örnəkdir.
Heydər Əliyev adı hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.
