Gənc tədqiqatçı gözü ilə: Azərbaycanda Dayanıqlı Şəhərsalmanın Gələcək Modelləri

2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizin həm tarixi irsinə sadiqliyini, həm də modern inkişaf hədəflərini nümayiş etdirir. Bu əlamətdar il çərçivəsində və Bakının ev sahibliyi edəcəyi BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində tələbələrimizin elmi yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir.

Fakültəmizin İqtisadiyyat ixtisası II kurs tələbəsi və TEC Elmi işlər üzrə sədr müavini Rəhman Abdullayevin hazırladığı məqaləni sizə təqdim edirik. Müəllif məqalədə tarixi şəhərlərimizin ənənələrindən bəhs edərək, bu gün Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan “Yaşıl Enerji” zonaları və innovativ şəhərsalma strategiyalarının iqtisadi-ekoloji perspektivlərini təhlil edir.

Gənc tədqiqatçımıza uğurlar arzulayır və mövzu ilə bağlı geniş mətni diqqətinizə çatdırırıq:

WUF:13 Dayanıqlı Şəhərsalmanın İnnovativ Strategiyaları”
2026-cı il Azərbaycan Respublikasında “ Şəhərsalma və Memarlıq İli” elan olunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkənin memarlıq irsini qorumaq, müasir Şəhərsalma prinsiplərini tətbiq etmək, dayanıqlı inkişafı təmin etmək, və Bakıda keçiriləcək BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində beynəlxalq təcrübəni nümayiş etdirmək məqsədi daşıyır. Bu Kontekstdə Dayanıqlı Şəhərsalmanın İnnovativ Strategiyaları xüsusi aktuallıq kəsb edir.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi həm də zəngin Şəhərsalma və Memarlıq ənənələri ilə xarakterizə olunur. Tarixi İpək yolu üzərində strateji mövqedə yerləşən Gəncə, Şamaxı, Naxçıvan, Bakı, Şəki və Bərdə kimi qədim mərkəzlərimiz təkcə ticarət və sənətkarlıq qovşağı deyil, həm də İntibah dövrünün Parlaq mədəniyyət ocaqları kimi tanınıb. Bu Şəhərlər Şərq və Qərb sivilizasiyaları arasında mühüm iqtisadi-siyasi körpü rolunu oynayaraq, özünəməxsus memarlıq məktəblərinin (məsələn, Naxçıvan, Şirvan-Abşeron məktəbləri) formalaşmasında təkan verib.
Milli-mənəvi dəyərlərimizin təbliği Ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasının prioritet istiqamətlərindən birini təşkil edib. Ulu Öndər tərəfindən təməli qoyulan bu uzaqgörən siyasət mədəni irsimizin mühafizə, bərpası və Beynəlxalq miqyasda tanıdılması ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsində uğurla davam etdirilir.
Dayanıqlı Şəhərsalmanın İnnovativ Strategiyalarına Yaşıl və ekoloji Şəhərsalmanı göstərmək olar. Buna uyğun olaraq Yaşıl Enerji zonaları: Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan günəş, külək, su kimi bərpa olunan enerji mənbələrinə əsaslanan enerji təchizatı mühüm əhəmiyyət kəsb edir. Ekoloji Tullantısız Kənd Təsərrüfatı: Ekoloji cəhətdən təmiz məhsul istehsalı və “ağıllı” kənd təsərrüfatı modellərinin tətbiqi Gələcəkdə ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayacaqdır.