Fakültəmizdə tələbələrin elmi-intellektual fəallığının artırılması və onların diskussiya mədəniyyətinin formalaşdırılması məqsədilə növbəti tədbir keçiriləcək.
Fakültənin “İqtisadiyyat” kafedrasının baş müəllimi Vəfa Quliyevanın rəhbərliyi və təşkilatçılığı ilə tələbələr arasında aktual iqtisadi mövzuya həsr olunmuş debat təşkil olunur. Debatın əsas müzakirə mövzusu “Vergi güzəştləri iqtisadi inkişafı sürətləndirir” tezisidir.
Gərgin və maraqlı keçəcəyi gözlənilən intellektual qarşıdurmada iki güclü komanda üz-üzə gələcək:
- “ŞAHMAT” (Təsdiq komandası):
- Selcan Əhmədova
- Səid Nəcəfov
- Ramal Məmmədov
- “KAMİL İQTİSADÇILAR” (İnkar komandası):
- Güləsər Musayeva
- Jalə Hümbətova
- Nuranə Qədimova
Gənc iqtisadçıların arqumentlərini dinləmək, komandalarımıza dəstək olmaq və bu elmi müzakirənin bir parçasına çevrilmək istəyən bütün müəllim və tələbələrimizi tədbirə dəvət edirik!
Tarix: 19 May 2026-cı il
Saat: 12:00
Məkan: IV tədris binası
