Müasir elmi tədqiqatların qarşısında duran ən böyük çətinliklərdən biri, tədqiqat obyektlərinin xətti olmayan (non-linear), çoxfaktorlu və dinamik xarakter daşımasıdır. Fakültəmizin “Menecment və turizm işi” kafedrasının müəllimi, iqtisad elmləri doktoru, professor əvəzi Mayıs Gülalıyev “Elmi tədqiqatlarda sistem dinamikası metodlarının tətbiqi imkanları” mövzusunda elmi-nəzəri seminar təşkil etmişdir. Seminarda fakültə rəhbərliyi, professor-müəllim heyəti iştirak etmişlər.
Məruzəçi sistem dinamikası, mürəkkəb sistemlərin strukturunu, geribildirim dövrələrini (feedback loops) və zaman gecikmələrini (time delays) əsas götürərək, sistemin zaman daxilindəki davranışını simulyasiya edən bir riyazi modelləşdirmə metodologiyası olduğunu, elmi tədqiqatlarda tətbiq sahələri, fundamental elmlərdən tətbiqi elmlərə qədər geniş bir spektrdə istifadə imkanları barədə geniş məlumat vermişdir.
Son olaraq, geniş elmi müzakirələr və interaktiv diskussiyalarla davam edən seminar, iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş və böyük maraqla qarşılanmışdır
Mayıs müəllimə elmi pedaqoji fəaliyyətində uğurlar arzu edirik!





