Mayıs Gülalı oğlu Gülalıyev

QISA BİOQRAFİK MƏLUMAT:

17 Oktyabr 1960-cı ildə Azərbaycan Respublikası Şamaxı rayonu Məlikçobanı kəndində anadan olub.

Telefon: +99450 3344491

E-mail: mayis_gulaliyev@yahoo.com

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:

1978-ci ildə Şamaxı rayonu Çarhan kənd orta məktəbini bitirib. Azərbaycan (indiki Bakı) Dövlət Universiteti, fizika fakültəsi, 1984-cü ildə  bitirmişdir.

1991-ci ildə AMEA Fəlsəfə və Hüquq İnstitutunda  fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır

2017-ci ildə Azərbaycan Respublikası Prezidenti Yaninda Ali Attestasiya Komissiyası tərəfindən “Dünya iqtisadiyyatı” üzrə dosent elmi adı almışdır;

2021-ci ildə Azərbaycan Respublikası Prezidenti Yaninda Ali Attestasiya Komissiyası tərəfindən İqtisadi elmlər doktoru elmi dərəcəsi almışdır;

ƏMƏK FƏALİYYƏTİ:

1984 avqust-1984 noyabr Şamaxı r-n Çaylı kənd orta məktəbində müəllim;

1985-1986-illərdə 119 saylı Texniki-Peşə məktəbində azad komsomol komitəsi katibi Şamaxı şəhəri

1986-1987-ci illərdə Azərbaycan Su Layihə İnstitutunda mühəndis-proqramçı (Bakı şəhəri);

1987-1989-ci illərdə Keçmiş Sovet Ordusu sıralarında rota komandiri müavini (Qazaxıstan, Leninsk şəhəri);

1989-1992-ci illərdə Moskva Aviasiya İnstitutunun “Vosxod” filialında baş müəllim (Qazaxıstan, Leninsk şəhəri)

1992-1994-cü illərdə “Azerbaijan” Universitetində dosent  (Baku ş)

1994-2000-ci illərdə “MM” Elm-istehsalat müəssisəsində Elmi məsləhətçi (Bakı ş)

2000-2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim (Bakı ş.)

2001-2009-cu illərdə Vətəndaş Təşəbbüsləri Mərkəzində president, baş redaktor (Bakı ş);

2009-2022-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri (Bakı ş)

2017-2018-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində dosent (0.5 ştat) (Bakı ş);

2020-2021-ci illərdə Mingəçevir Dövlət Universitetində dosent (0.5 ştat) (Mingəçevir ş)

2020- indiyə qədər Azərbaycan Dövlət İqtisad Universiteti  “SABAH” qruplarında dosent, universitetin tədqiqat mərkəzində tədqiqatşı (Bakı ş);

2022-2023-cü illərdə Azərbaycan Texnologiya Universitetində rektorun elm və xarici əlaqələr üzrə müşaviri,  Elm və innovasiya üzrə prorektoru (Gəncə ş);

2023 oktyabr-2023 dekabrda Qərbi Kaspi Universitetində Elmi İşlər və İnnovasiyalar üzrə Komissiya Sədri (Bakı ş);

10 Yanvar 2024-hazırda Gəncə Dövlət Universitetinin “Menecment və turizm işi” kafedrasında dosent (Gəncə ş);

ELMİ ƏSƏRLƏRİ:

100 – dən cox elmi əsərin müəllifidir. Onlardan 18 elmi məqalə SCOPUS və Clarivate bazasına daxil olan jurnallarda dərc edilmişdir.

BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:

30-dan çox  respublika və beynəlxalq konfransda iştirak etmişdir.

DİL BİLGİSİ: Azərbaycan (ana dili) – sərbəst; Rus dili-  sərbəst ; İngilis dili – sərbəst

PARTİYALILIĞI: YAP-ın üzvüdur

TƏDQİQAT SAHƏSİ :  mikroekonomiks; makroekonomiks; ekonometrika; menecment; marketing; dünya iqtisadiyyatı.