Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin elmi potensialı beynəlxalq arenada növbəti uğuruna imza atmışdır. Fakültənin gənc və perspektivli doktorantları Ulduz Mehdiyeva (TRANSİTİON TO THE INNOVATİVE DEVELOPMENT OF THE NATİONAL ECONOMY İN AZERBAİJAN: AN ECOSYSTEM APPROACH) və Fidan Kələşli (PROBLEMS OF ENSURING ECONOMIC SECURITY OF ENTREPRENEURIAL SUBJECTS IN AZERBAIJAN) (elmi rəhbər: prof. A.Həsənov) “13th International Black Sea Coastline Countries Scientific Research Conference” (13-cü Beynəlxalq Qara Dəniz Sahilyanı Ölkələrin Elmi Araşdırmalar Konfransı) adlı nüfuzlu elmi platformada universitetimizi yüksək səviyyədə təmsil etmişlər.
Gənc tədqiqatçılarımız müasir iqtisadiyyatın aktual və prioritet istiqamətlərini əhatə edən elmi məruzələrlə çıxış edərək, rəhbərlik etdikləri mövzuların nəzəri və praktiki əhəmiyyətini əsaslandırmış, konfrans iştirakçılarının və elm komissiyasının böyük marağına səbəb olmuşlar. Çıxışların ardından verilən sualları dolğun və akademik şəkildə cavablandıran doktorantlarımız təqdimatlarını uğurla tamamlamışlar.
Sözügedən beynəlxalq konfrans regional və qlobal miqyasda elmi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji əhəmiyyət kəsb edir.
Gənc alimlərimizin qazandığı bu uğur Gəncə Dövlət Universitetində elmi-tədqiqat fəaliyyətinə, doktorantların beynəlxalq inteqrasiyasına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. İqtisadiyyat və idarəetmə fakültəsinin rəhbərliyi və kollektivi adından doktorantlarımız Ulduz Mehdiyeva və Fidan Kələşlini, eləcə də onların elmi rəhbəri “Menecment və turizm işi” kafedrasının professoru Arzu Həsənovu bu uğurlu çıxış münasibətilə ürəkdən təbrik edir, onlara elmi fəaliyyətlərində və gələcək araşdırmalarında yeni-yeni nailiyyətlər arzulayırıq!





