Fakültəmizin tələbəsi Beynəlxalq Elmi-Praktik Konfransda Sertifikatla təltif olunub

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin III kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin (TEC) Elmi işlər üzrə sədr müavini Rəhman Abdullayev növbəti böyük elmi uğura imza atmışdır.

Rəhman Abdullayev Bakı Slavyan Universitetində keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə dayanqılı və inklüziv universitet modeli” mövzusundakı IV Beynəlxalq Elmi-Praktik Konfransda “İnklüziv təhsilin dayanıqlı cəmiyyətin formalaşmasında rolu” başlıqlı məqaləsi ilə fəal iştirak etmişdir.

Elmi tədqiqatı və çıxışı yüksək qiymətləndirilən tələbəmiz Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tərəfindən xüsusi Sertifikat ilə təltif olunmuşdur.

İqtisadiyyat və İdarəetmə Fakültəsinin rəhbərliyi və professor-müəllim heyəti adından tələbəmizi bu mühüm elmi nailiyyəti münasibətilə samimiyyətlə təbrik edir, ona gələcək elmi və akademik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!