Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin “İdarəetmə” kafedrasında 14 oktyabr tarixində növbəti iclas keçirilib. Kafedra müdiri, dosent Afəddin Həmidovun sədrliyi ilə baş tutan iclasda fəaliyyət planına uyğun olaraq bir sıra mühüm tədris və elmi-tədqiqat məsələləri müzakirə olunub.
İclasın gündəliyinə uyğun olaraq aşağıdakı məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib:
- Açıq dərsin müzakirəsi: Kafedranın baş müəllimi Tural Əliyevin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının I kursunda “Dövlət idarəçilik nəzəriyyəsi” fənni üzrə keçirdiyi “Azərbaycan Respublikasında icra hakimiyyəti və orqanlarının strukturu” mövzusundakı açıq dərsi təhlil olunaraq elmi-pedaqoji cəhətdən yüksək qiymətləndirilib.
- Elmi-tədqiqat işlərinin müzakirəsi: Kafedra əməkdaşlarının yerinə yetirdikləri elmi-tədqiqat işləri dinlənilib:
- İ.f.d., baş müəllim Həcər Orucovanın “Azərbaycanda rəqəmsal sahibkarlığın inkişafında dövlətin rolu” mövzusunda;
- Baş müəllim Rəhmiyyə İbrahimovanın “Rəqəmsal sahibkarlığın formalaşmasında dövlət tənzimlənməsi alətlərinin rolu və perspektivləri” mövzusunda;
- Müəllim Elnarə İslamovanın “Rəqəmsal iqtisadiyyatın mahiyyəti və inkişaf xüsusiyyətləri” mövzusunda;
- Müəllim Könül Quliyevanın “İnsan kapitalının inkişafının nəzəri aspektləri” mövzusunda elmi məruzələri geniş müzakirə olunaraq bəyənilib.
- Magistr dissertasiya mövzuları: 2026–2027-ci tədris ilində “İdarəetmə” kafedrası üzrə magistrantlara veriləcək dissertasiya mövzuları nəzərdən keçirilib və təsdiq olunub.
- Cari məsələlər: Tədris prosesinin təşkili və kafedranın qarşıda duran vəzifələri ilə bağlı cari məsələlər müzakirə olunub.
İclas geniş fikir mübadiləsi və yekun qərarların qəbul edilməsi ilə başa çatıb.





