Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, tələbələrin müasir idarəetmə prinsipləri və iqtisadi mexanizmlər haqqında biliklərinin dərinləşdirilməsi məqsədilə fakültədə İdarəetmə kafedrasının müəllimi Lamiə Babayevanın “Firmanın idarə edilməsi” fənni üzrə Biznesin idarə edilməsi ixtisası II kurs tələblərinə açıq dərs keçirilib.
Nəzəri və praktiki məsələlərin əhatə olunduğu açıq dərs “İstehsalın təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü” mövzusuna həsr edilib. Dərsdə İdarəetmə kaferdasının müdiri dosent Afəddin Həmidov, kaferdanın baş müəllimi Səbuhi Ramazanov, müəllimlər – Könül Quliyeva, Gülüstan Fərəcova, Ülkər Nağıyeva, Xaliq Quliyev iştirak etmişlər.
Dərs zamanı istehsal proseslərinin cəmləşdirilməsi, təmərküzləşmənin müəssisənin rəqabət qabiliyyətinə və resurslardan səmərəli istifadəsinə təsiri ətraflı şəkildə təhlil olunub. Müəssisənin optimal ölçüsünün müəyyən edilməsi kriteriyaları, miqyas effekti, eləcə də böyük və kiçik miqyaslı istehsalın üstünlükləri və riskləri interaktiv formada tələbələrin diqqətinə çatdırılıb.
Dərsdə müasir bazar şəraitində firmaların idarə edilməsi strategiyaları, istehsal xərclərinin minimallaşdırılması və mənfəətin maksimumlaşdırılması yolları real biznes nümunələri üzərində izah edilib. Tələbələr mövzu ətrafında fəal diskussiya apararaq öz suallarını ünvanlayıb, müxtəlif keyslər üzərində praktiki tapşırıqları yerinə yetiriblər.
Dərsin sonunda çıxış edən mütəxəssislər mövzunun aktual olduğunu vurğulayıb, dərsin yüksək tədris-metodiki səviyyədə təşkil olunduğunu bildirərək tələbələrə və müəllimə uğurlar arzulayıblar.
Lamiə müəlliməyə pedaqoji fəaliyyətində uğurlar arzu edirik!



