Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsində kadr hazırlayan təhsil müəssisələrinin işinin daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyət planından irəli gələn müddəalara əsəsan fakültədən “Turizm və otelçilik” ixtisasında təhsil alan tələbələrin turizm bələdçiləri kimi hazırlanması və turizm sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə “Tələbə Gənclər Turizm Klubu” yaradılır.
Klubun yaradılmasında əsas məqsəd:
- Turizm bələdçi-tərcüməçiliyi sahəsində treninqlərin təşkili;
- Turizm sahəsində müxtəlif mövzularda seminarların təşkili;
- Regionların turizm potensialının araşdırılması və təbliğ edilməsi;
- Regionlarda turizm potensialının tədqiqi məqsədilə turların təşkili və s.-dir.