İqtisadiyyat kafedrasının müəllimi Lalə Hüseynovanın elmi-nəzəri seminarı maraqla qarşılanıb

Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması və aktuallıq kəsb edən iqtisadi məsələlərin müzakirəsi məqsədilə növbəti elmi-nəzəri seminar baş tutub.

İqtisadiyyat və idarəetmə fakültəsində İqtisadiyyat kafedrasının müəllimi Lalə Hüseynovanın təqdimatında keçirilən seminar “Aqrar sahədə marketinqdən səmərəli istifadə yolları” mövzusuna həsr olunub. Seminarda fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, İqtisadiyyat kafedrasının müdiri dosent Zakir Əhmədov, İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov, İqtisad elmləri üzrə fəlsəfə doktoru baş müəllim Şahin Qasımov, İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Kənan Rəhimov, kafedranın baş müəllimləri – Gülsəba Qazıyeva, Aynur Kərimova, Vəfa Quliyeva, Ziyafət Allahverdiyeva, Nərmin Həsənova, kafedranın müəllimləri – Şəhla Abbasova, Könül Əlizadə, Gülşən Tağıyeva, Emiliya Əsgərova, Yasəmən Quliyeva, Aygün Kərimova, GDU TEC elmi işlər üzrə sədr müavini Rəhman Abdullayev və fakültənin tələbə heyəti fəal iştirak edib.

Məruzəçi öz çıxışında ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib. Qeyd olunub ki, aqrar məhsulların rəqabətqabiliyyətliliyinin artırılması, yerli brendlərin formalaşdırılması və məhsulların daxili-xarici bazarlara çıxarılmasında müasir marketinq alətlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Təqdimatda rəqəmsal marketinq, elektron ticarət platformalarının imkanları, tədarük zəncirinin optimallaşdırılması və fermerlərin bazar tələbatına uyğun maarifləndirilməsi yolları geniş təhlil edilib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları ətraflı cavablandırılıb. Tədbir iştirakçıları tərəfindən seminarın elmi və praktiki əhəmiyyəti yüksək qiymətləndirilib.

Lalə müəlliməyə elmi pedaqoji fəaliyyətində uğurlar arzu edirik!