İki komanda, iki kosmik texnologiya layihəsi!

Gəncə Dövlət Universitetində formalaşan komandalar artıq ilk ciddi nəticələrini ortaya qoyurlar.

Universitet tələbələrindən ibarət AELSA və AstraForce komandaları regionun bu günə qədər keçirilmiş ən böyük hakatonu olan NASA Space Apps Challenge 2026-da iştirak edərək iki fərqli texnoloji layihə hazırlayıblar.

NASA tərəfindən təqdim olunan 14 problem istiqamətindən seçim edən komandalar çətinlik səviyyəsinə görə ən yüksək kateqoriya olan Advanced (Qabaqcıl) səviyyəli tapşırıqlar üzərində çalışıblar.

Layihələr:

AELSA – OrbitScope: NASA-nın SPHEREx kosmik teleskopunun infraqırmızı səma xəritələrini analiz edərək səma cisimlərinin hərəkətini və dəyişikliklərini izləməyə, yeni astronomik obyektlərin aşkarlanmasını asanlaşdırmağa yönəlmiş platforma.

Komanda üzvləri:

  • Cahid Məmişzadə (komanda rəhbəri)
  • Hüseyn Rəsulov
  • Ramil Əliyev

AstraForce – Yanğınların Vahid Təqvimi: NASA-nın MODIS və VIIRS peyk məlumatlarını birləşdirərək müxtəlif ərazilər üzrə yanğın tarixçəsini vahid təqvimdə vizuallaşdıran veb tətbiq.

Komanda üzvləri:

  • Bərzamin Eyvazov
  • Xaliq Quliyev
  • Nihat Quliyev

Hər iki layihənin növbəti mərhələdə Azərbaycanın Açıq Hökumət Məlumatları Portalında – opendata.az platformasında təqdim edilməsi nəzərdə tutulur.

Bu nəticə Gəncə Dövlət Universitetində kosmik texnologiyalar istiqamətində iki fərqli layihənin formalaşması baxımından əhəmiyyətli addımdır.

Bu, sadəcə bir hakaton təcrübəsi deyil, universitet tələbələrinin bilik və bacarıqlarını real texnoloji həllərə çevirmək potensialının göstəricisidir.