Gigiyena qaydalarına riayət edək edək sağlam yaşayaq

Təmizlik gigiyenanın ilkin şərtidir.

Higiyena (q.yun. ὑγιεινόν — “sağlamlıq”) — tibbin həyat şəraitinin, insan əməyinin insana təsirini və müxtəlif xəstəliklərin profilaktikasını öyrənən sahəsi; bu sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir.

Higiyena sözü Qədim Yunan mifologiyasından götürülmüşdür. Qədim Yunanların təbabət tanrısı Asklepinin (yun. Ἀσκληπιός, Asklepios) beş qızından biri olan Higieya (q.yun. Ὑγιεία) təmizlik ilahəsi idi.

Şəxsi gigiyena

Şəxsi higiyena – sağlamlığı qorumağa və möhkəmləndirməyə kömək edən higiyena qaydaları toplusu. Bu qaydalar orqanizmə təsir edən aşağıdakı təsirləri neytrallaşdırır:

  • Bioloji — mikroorqanizmlər, parazitlər, cücülər, antibiotiklər və sairə biosubstratlar.
  • Fiziki — səs, vibrasiya, elektromaqnit dalğaları, iqlim və s.
  • Kimyəvi — kimyəvi element və kimyəvi birləşmələr.

Ümumdünya Səhiyyə Təşkilatının fikirinə görə, gigiyena (burada məişət gigiyenası, əmək gigiyenası və s. nəzərdə tutulur) insanın sağlamlığında ən böyük rollardan birini oynayır.

Gigiyena anlayışı insanlara qədim zamanlardan məlumdur. Artıq bizim eramizdan 600-500 il əvvəl Qədim Romada 30 ayrı su kəməri, çoxlu sayda ictimai hamamlar və tualetlər var idi.

Gigiyena haqqında ilk elmi işlər böyük yunan alimi və həkimi Hippokrata məxsusdur. Bu elmi işlərdə Hippokrat sübut edirdi ki, insanın səhhətinə hava, su, qidalanma, həyat tərzi, vərdişlər və s. təsir edir.

Virisun düşmək qorxusu ilə yox təmiz yaşamaq üçün gigiyena qaydalarına riayət edək. Bütün Azərbaycan Xalqına sağlam can, xoşbəxt həyat arzu edirik.