Fakültədə 4-6 may 2022-ci il tarixlərində tədris hissəsində təyin edilmiş qrafik əsasında seçmə fənnlərin müəyyən edilməsi və seçilməsi nəzərdə tutulmuşdur.
4 may tarixində – Turizm işinin təşkili I kurs ixtisası tələbələrinə Menecment və turizm işi kafedrasının professoru Arzu Həsənov , Biznesin idarə edilməsi ixtisası I kursunda İdarəetmə kafedrasının baş müəllimi İbrahimova Rəhmiyyə, həmin ixtisasın II kursunda İdarəetmə kafedrasının müəllimi Əliyev Tural, İqtisadiyyat ixtisasının I kursunda İqtisadiyyat kafedrasının baş müəllimi Vəfa Quliyeva ;
5 may tarixində– Dövlət və bələdiyyə ixtisası I kursunda İdarəetmə kafedrasının müəllimi Fərəcova Gülüstan və müəllim Həsənova Şəlalə, Maliyyə ixtisası III kursunda İqtisadiyyat kafedrasının baş müəllimi Gülsəba Qazıyeva,
Seçmə fənnlər haqqında tələbələrə hərtərəfli məlumat verildi.