Gəncə Dövlət Universitetində 2024-2025-ci tədris ilinin payız və yaz semestrlərindən akademik borcu qalan tələbələr üçün yay semestri üzrə dərslərə başlanılıb. Universitetdə yay semestri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali Təhsil Müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas baza ali təhsilində tədrisin təşkili Qaydaları”na əsasən təşkil edilib.
14 iyul 2025-ci il tarixdən başlayan yay semestrində İqtisadiyyat və idarəetmə fakültəsi üzrə müxtəlif ixtisaslarda təhsil alan ümumilikdə 40-a yaxın tələbə tədris məşğələlərində həftə içi 4 gün dərslərdə iştirak edirlər.
Yay semestrinin təşkili üçün əvvəlcədən lazımi metodik sənədlər hazırlanıb, universitet və fakültələr üzrə təşkilatçı şəxslər təyin edilib. Dərslər universitetin fənn müəllimləri tərəfindən saat hesabı qaydada icra edilir.
Tədris məşğələləri 15 avqust tarixdə yekunlaşacaqdır. Yay semestrinin imtahanları isə 18-22 avqust 2025-ci iltarixlərdə yazılı formada keçiriləcəkdir.



