OD ÇƏRŞƏNBƏSİ

Novruz bayramı dörd əsas çərşənbəni özündə birləşdirir.Bunlardan ikincisi isə Od çərşənbəsidir. Hər çərşənbədə tonqal qalanır.Bu gün od çərşənbəsi olduğuna görə tonqal qalanmasının öz gözəlliyi var.Od çərşənbəsi elimizin adətinə görə “Üsgü çərşənbə” də  adlanır. Bizdə öz növbəmizdə İqtisadiyyat və İdarəetmə fakültəsi adından  DÜNYA AZƏRBAYCANLILARINI təbrik edirik.

Davamı

Xocalı Tariximizin Qan Yaddaşı…

Bu gün İqtisadiyyat və İdarəetmə fakültəsində Xocalı Faciəsinin 26-cı il dönümünə həsr edilmiş “Xocalı Tariximizin Qan Yaddaşıdır” adlı tədbir keçirilmişdir. Tədbir şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilərək açıq elan olunmuş və fakültə dekanı Dos. Şahin Xurşudov Xocalı faciəsi haqqında danışıb bu günün Azərbaycan tarixində Qanlı və Şanlı tarix olduğunu bildirmişdir. Daha sonra Xocalı soyqırımına həsr edilmiş […]

Davamı

Payız imtahan sessiyası yekunlaşdı

İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbələri payız imtahan sessiyasını uğurla yekunlaşdırdı. Qeyd edək ki, imtahan sessiyası ərəfəsində tələbələrlə imtahandan əvvəl məsələhət saatları keçirilmiş və tələbələrin sualları yerindəcə izah edilmişdir. Sessiya ərzində “Açıq qapı” günü təşkil edilmişdir. “Açıq qapı” günündə Fakültə tələbələrinin valideynləri iştirak edərək imtahanın gedişatı ilə tanış olmuş və imtahanın şəffaf keçirildiyini bildirmişlər.

Davamı

20 YANVAR FACİƏSİ TARİXİMİZİN QƏHRƏMANLIQ SƏHİFƏSİDİR

iqtisadiyyat və İdarəetmə fakültəsində 20 yanvar faciəsi ilə əlaqədar anım günü keçirilmişdir. Fakültə tələbələri 20 yanvar faciəsi ilə bağlı məlumat və video roliklər hazırlamışlar. Anım günündə GDU- nun Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, fakültə dekanı Ş.N Xurşudov, fakültənin müəllim və tələbələri iştirak etmişdirlər. Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin həyata keçirtdiyi “20 yanvar – […]

Davamı