Acıq dərs

11 may 2023-cü il tarixində İqtisadiyyat kafedrasının baş müəllimi Allahverdiyeva Ziyafət Cəmil qızının Maliyyə III kurs ixtisası tələbələrinə Korporativ Maliyyə fənnindən “Riskin mahiyyəti və növləri” mövzusunda açıq dərs keçirildi. Dərsdə kafedra müdiri və müəllimlər iştirak etdi. Proyektordan istifadə edildi.

Davamı

Beynəlxalq konfrans

5-6 may 2023-cü ildə Gəncə Dövlət Universitetində Umummilli lider Heydər Əliyevin 100-illiyi ilə bağlı Beynəlxalq konfrans keçirildi. Konfransın möhtəşəm açılışı Universitetin V korpusunda həyata keçirildi. Açılışda bir çox dövlətlərdən, o cümlədən qardaş Türkiyə dövlətindən alimlər və qonaqlar gəlmişdirlər. Sonra gunun ikinci yarısında konfrans bölmələr üzrə aidiyyati korpuslarda keçirildi.

Davamı

Acıq dərs

2 may 2023-cü il tarixində Menecment və turizm işi kafedrasının müəllimi Mətanət İsmayilovanın Turizm bələdciliyi ixtisası III kurs tələbələrinə “Turizm marketingi” fənnindən “Turizm bazarının seqmentləşdirilməsi ” mövzusunda acıq dərsi oldu. Dərsdə fakültə dekanı, kafedra müdiri və müəllimlər iştirak etdi. Dərsdə proyektordan istifadə edildi.

Davamı

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konfrans

28 aprel 2023-cü il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində TEC-nin xətti ilə Ulu Öndər heydar Əliyevin 100 illik yubileyinə həsr edilmiş elmi konfrans kecirildi. Konfransa Universitetin Elmi işlər üzrə prorektoru, dosent Pərvin Kərimzadə dəvət olunmuşdur. Konfransda dekan, dekan müavinləri, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak etdi. Kofransdan sonra təltif mərasimi həyata keçirildi. Bütün iştirakçılar diplom […]

Davamı

Fakültənin monitoringi

11 aprel 2023-cü il tarixində rektorun əmri ilə yaradılmış monitoring qrupu fakültədə olan dərsləri dinləmiş. Məllimlərin dərsə aid bütün sənədləri yoxlanılmış . Dərslər bitdikdən sonra kafedra müdirlərinin iştirakı ilə onlar müzakirə edilərək qiymətləndirilmişlər.

Davamı

Acıq dərs

7 aprel 2023-cü il tarixində Turizm işinin təşkili ixtisası I kurs tələbələrinə Xarici dil- İngilis dilindən müəllim Nigar Məmmədovanın aciq praktik məşğələ dərsi keçdi. Dərsdə fakültə dekanı dosent Məsim Abadov və Praktik xarici dil kafedrasının müəllimləri iştirak etdilər.

Davamı

“VƏTƏNİMİZİ TANIYAQ”

Mənim vətənim Azərbaycandır. Bu məmləkət azərbaycanlıların tarixi vətəni, tarixi yurdudur. Gəlin Azərbaycan xalqının çox əsrlik tarixini vərəqləyək. Azərbaycan xalqının tarixi çox qədimdir. Hazırda Respublikamızda yaşı bir neçə min il olan Azığ mağarası, Qobustan, Qəbələ kimi çoxlu tarixi abidə, Naxçıvan, Bərdə, Gəncə kimi qədim şəhərlər vardır. Azərbaycan xalqı bəşər dünyasına Nizami, Nəsimi, Füzuli, Əcəmi kimi dahilər […]

Davamı

Acıq dərs

4 aprel 2023-cü il tarixində Dövlət və bələdiyyə ixtisası I kurs tələbələrinə İnformasiya kommunikasiya texnologiyaları fənnindən dosent Gülmira Verdiyevanın acıq mühazirə dərsi keçirildi. Dərsdə fakültə dekanı və “Cəbr və informatika ” kafedrasının müdiri iştirak etdilər. dərsdə proyektordan istifadə edildi.

Davamı

Azərbaycanlıların Soyqırımı Günü

30  mart 2023-cü il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsində Azərbaycanlıların Soyqırımı günü qeyd olunmuşdur.  Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva,  fakültə dekanı dosent Məsim Abadov, Gəncə Gənclər Evinin müdiri  Amil Qurbanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi  – Maarif Quliyev  ilk öncə tələbə və müəllimlərlə birgə tədris binasının həyətində Ulu […]

Davamı

Acıq dərs

29 mart 2023-cü il tarixində Mülki müdafiə fənnindən “Fövqalada hallarda yaranmış şəraitin qiymətləndirilməsi” mövzusunda müəllim Şahnigar Abbasovanın Mühasibat ixtisası I kurs tələbələrinə acıq dərsi keçirildi. Dərsdə dekan dosent Məsim Abadov və dekan müavini Könül Əlizadə iştirak etdilər. Dərsdə proyektordan istifadə edildi.

Davamı