Azərbaycanda Novruz çərşənbələrinin sonuncusu – İlaxır çərşənbə qeyd olunur
Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə papaq atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə […]