Çərşənbə axşamı günü Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.

Helikopter Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib, saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb, DSX rəisi general-polkovnik Elçin Quliyev bildirib. Rəsmi qurumlar qəzanın səbəbləri barədə hələ ki, açıqlama verməyib, lakin DSX kənar müdaxilənin istisna olunduğunu deyib. Dövlət Sərhəd Xidməti qəza nəticəsində həlak olanların adlarını açıqlayıb: […]

Davamı

İqtisadiyyat kafedrasının baş müəllimi Abbasov Rafiq Vahid oğlunun İqtisadiyyat ixtisasının I kursunda “Bazar iqtisadiyyatı subyektlərinin ümumi səciyyəsi” mövzusunda açıq dərsi keçirilmişdir

Açıq dərsdə İqtisadiyyat kafedrasının müdiri i.f.d dos. Əhmədov Zakir Talıb oğlu, kafedranın əməkdaşları müəllim Cəfərov Mustafa Şahin oğlu, Kazımov Xəqani Ehtiram oğlu və Rəhimov Kənan Kamal oğlu iştirak etdilər. Açıq dərsdə proyektordan istifadə edilmişdir.

Davamı

Universitetin professor-müəllim heyəti Şəhid Yüksəl Əlizadənin anım günündə iştirak edib

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin balanğıc tarixi kimi xatırlanacaq. Rəşadətli Azərbyacan Ordusu 44 gün davam edən Vətən müharibəsində əsl şücaət göstərərək 30 il erməni əsarətində qalan torpaqlarımızı düşməndən azad etdi. Doğrudur, bu yolda itkilərimiz də oldu. Ürəyində Vətən sevgisi ilə düşmənin üstünə şığıyan yüzlərlə igid Azərbaycan oğlu bu yolda […]

Davamı

Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il ötür

Yeni Azərbaycan Partiyası  — “91-lər“in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiyadır. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və […]

Davamı