2024/2025-ci tədris ilinin payız imtahan sessiyasına hazırlıqla bağlı iclas

25 noyabr 2024-cü il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində rektor, professor Yusif Yusibovun sədrliyi ilə 2024/2025-ci tədris ilinin payız imtahan sessiyasına hazırlıqla bağlı iclas kecirildi. İclasda Tədris məsələləri üzrə prorektor, dosent Şahin Xurşudov, Ümumi işlər üzrə prorektor Samir Məmmədov. fakültə dekanı, dosent Məsim Abadov , İqtisadiyyat kafedrasinn müdiri, dosent Zakir Əhmədov, idarəetmə kafedrasının müdiri, dosent […]

Davamı

Elmi -nəzəri seminar

19 oktyabr 2024-cü il tarixində İqtisadiyyat kafedrasının baş müəllimi Abbasov Rafiq Vahid oğlunun ” Azərbaycanda Yaşıl iqtisadiyyatın inkişafı perspektivləri” mövzusunda elmi -nəzəri seminarı keçirildi. Seminarda fakültə dekanı dosent Məsim Abadov, kafedra müdiri dosent Zakir Əhmədov və fakültənin müəllimləri iştirak etdi. Seminar interaktiv şəkildə keçirildi.

Davamı

17 noyabr Milli Dirçəliş Günü

17 noyabr 1988-ci il xalqımızın azadlıq mübarizəsi tarixində qızıl hərflərlə yazılmış bir gündür. Meydan hərəkatı artıq tariximizdə Milli dirçəliş günü kimi özünün təsdiqini tapdı. Meydan hərəkatı Azərbaycan xalqının tarixində, xalqın tarixi yaddaşının oyanmasında, istiqlaliyyət mübarizəsində bir hadisə oldu.       Hərəkatın bir çox səbəbləri vardı. Konkret olaraq Topxana meşəsində Yerevan alüminium zavodunun filialının tikilməsi Azərbaycan […]

Davamı

12 noyabr -Azərbaycan Respublikasının Konstitusiya günü

Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun – müstəqil Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən […]

Davamı

Bayraq günü

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü — Azərbaycan Respublikasının rəsmi dövlət bayramı. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir. 1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: Üstündə […]

Davamı

Zəfər gunu

Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş […]

Davamı

Zəfər günü

5 noyabr 2024-cü il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində Zəfər gununə həsr olunmuş tədbir keçirildi. tədbirdə Humanitar işlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva, dekan. dosent Məsim Abadov, kafedra müdirləri, müəllimlər və tələbələr iştirak etdi. Tədbirin aparıcıları Marketinq III kurs tələbəsi Zeynalova Tellan və Turizm işinin təışkili tələbəsi Mehdiyev Yusif. Tədbirdə tələbələr tərəfindən şerlər, mahnılar səsləndi, […]

Davamı

Açıq dərs

4 noyabr 2024-cü il tarixində Menecment və turizm işi kafedrasının müəllimi İsmayılova Mətanət Rəhman qızının Marketinq ixtisası IV kurs tələbələrinə “Satışın idarə edilməsi” fənnindən “Pərakəndə satışın idarə edilməsi ” mövxusunda acıq mühazirə dərsi keçirildi. Dərsdə dekan və müəllimlər iştirak etdi. Dərs interraktiv keçirildi.

Davamı

Açıq dərs

1 noyabr 2024-cü il tarixində İdarəetmə kafedrasının müəllimi Əliyev Tural Şahin oğlunun Dövlət və bələdiyyə idarəetməsi III kurs tələbələrinə İdarəetmə nəzəriyyəsi fənnindən ” Azərbaycan Respublikasının Milli Məclisin dövlət idarəetmə sistemində yeri və rolu” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan dosent Məsim Abadov, kafedra müdiri , dosent Afəddin Həmidov və müəllimlər iştirak etdi. t

Davamı

Elmi -nəzəri seminar

01.11. 2024-cü il tarixində, saat 1200-da Menecment və turizm işi kafedrasında “Optimal minimum əmək haqqının müəyyən edilməsi mümükündürmü?” mövzusunda növbəti Elmi-nəzəri seminar keçirildi. Məruzəçi iqtisad elmləri doktoru , professor Mayıs Gülalıyev.

Davamı