Kateqoriya Arxivləri: Xəbərlər

 GDU-nun iqtisad elmləri doktoru Arzu Həsənov Mingəçevirdə keçirilən “Təhsil və Turizm Forumu”nda uğurla çıxış edib

Universitetimizin elmi potensialının artırılması, akademik heyətimizin ölkə miqyasında keçirilən nüfuzlu tədbirlərdə fəal iştirakı və elmi-tədqiqat nəticələrini bölüşməsi ənənəvi olaraq uğurla davam edir. Daim öz üzərində çalışan, elmi yenilikləri izləyən və tədqiqatlarını təkmilləşdirən görkəmli alimlərimizin bu cür mötəbər platformalarda təmsil olunması qürurvericidir. 30 oktyabr 2026-cı il tarixində Mingəçevir Turizm Kollecinin 20 illik yubiley tədbirlər planı çərçivəsində […]

Davamı

“Ortaq gələcək naminə dialoq” mövzusu müasir dünyanın birgə əməkdaşlığa ehtiyacını ifadə edir.

27 oktyabr 2026-cı iı tarixdə Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələri, beynəlxalq təşkilatların rəhbərlərini və fərqli mədəniyyətlərin təmsilçilərini bir araya gətirən bu möhtəşəm tədbir, qlobal sülhün və qarşılıqlı anlaşmanın […]

Davamı

Gəncədə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgidə tələbələrimiz iştirak ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində əlilliyi olan şəxslərin peşə bacarıqlarını və yaradıcılıq potensialını əks etdirən əl işlərindən ibarət satış-sərgi keçirilib. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət […]

Davamı

25 oktyabr Qubadlı şəhəri günüdür

Hər günü Zəfərlə dolu Vətən müharibəsinin 29-cu günü – 2020-ci il oktyabrın 25-i Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından xilas edilməsi ilə əlamətdar olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün özünün tviter hesabında bununla bağlı paylaşım edib: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı […]

Davamı

20 oktyabr Zəngilan şəhəri günüdür

44 günlük Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. 1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. İyirmi yeddi il davam edən işğal dövründən sonra Prezident, Müzəffər […]

Davamı

Müstəqilliyimizin Bərpası Günü: Tarixi Zəfərdən Parlaq Gələcəyə

18 Oktyabr — Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi çəkiyə və əhəmiyyətə malik olan şanlı səhifələrdən biridir. 1991-ci ilin bu günündə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilmiş və ölkəmiz XX əsrdə ikinci dəfə öz müstəqilliyini bütün dünyaya bəyan etmişdir. Müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi siyasi, iqtisadi və sosial […]

Davamı

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü

Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini, müstəqil xarici siyasət kursunu və regional sülhün təmin olunmasına dair prinsipial yanaşmasını əks etdirir. Azərbaycanın beynəlxalq nüfuzu yalnız əlverişli coğrafi mövqeyi ilə deyil, həm də həyata keçirdiyi ardıcıl siyasət, regional […]

Davamı

17 oktyabr Füzuli Şəhəri Günüdür

2020-ci il oktyabrın 17-si hərb tariximizə növbəti Qələbə təqvimi kimi həkk olundu. Vətən müharibəsinin 21-ci gününə təsadüf edən həmin tarix Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Füzuli […]

Davamı

Fakültədə “Sosial medianın həyatımızda rolu” mövzusunda maarifləndirici seminar keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində 14 oktyabr 2026-cı il tarixində 3-cü kurs Marketinq və Menecment ixtisası tələbələri üçün xüsusi maarifləndirici seminar təşkil olunub. Bakı şəhərindən dəvət olunmuş təcrübəli marketinq mütəxəssisi Aqşin Nəbiyevin təqdimatında baş tutan seminar “Sosial medianın həyatımızda rolu” mövzusuna həsr olunub. Tədbir İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm işinin təşkili üzrə IV […]

Davamı

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı verdiyi bəyanat və iki ölkə arasında əldə olunan razılaşmalar Azərbaycan-Kamboca münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur. Azərbaycanın xarici siyasətində Asiya, xüsusilə də Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi mühüm yer tutur. Iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə 3,25 milyon dollar, 2023-cü ilin yanvar-sentyabr […]

Davamı