Kateqoriya Arxivləri: Xəbərlər

Müəllimlərimizin Novruz istirahəti: Təbiət və bayram sevinci birlikdə!

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı, onların asudə vaxtının daha səmərəli təşkili və milli dəyərlərimizin təbliğini də diqqətdə saxlamaq məqsədilə ardıcıl və sistemli tədbirlərin icrasını davam etdirir. Bu çərçivədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ali təhsil müəssisələrinin işçiləri üçün Təhsil İstirahət Mərkəzində “Novruz düşərgəsi 2026” adlı düşərgə […]

Davamı

Qəlblərə nur, süfrələrə bərəkət gətirən Ramazan Bayramınız qutlu olsun!

İslam aləminin ən müqəddəs və xeyir-dualı aylarından biri olan Ramazan ayı öz yerini sevinc dolu, bərəkətli Ramazan (Fitr) bayramına verir. Bu bayram müsəlmanlar üçün sadəcə bir ay davam edən orucluğun sonu deyil, eyni zamanda nəfsin tərbiyəsi, mənəvi saflaşma və insanların bir-birinə qarşı mərhəmətinin artdığı mübarək bir gündür. Ramazan ayı boyunca oruc tutan möminlər həm fiziki, […]

Davamı

Yenilənmə, bərəkət və həmrəylik rəmzi: Novruz bayramınız mübarək!

Azərbaycan xalqının minilliklərdən bəri qoruyub saxladığı, milli mənəviyyatımızın, mədəniyyətimizin və tariximizin ən parlaq səhifələrindən biri olan Novruz bayramı yenidən yurdumuza qədəm qoyur. Novruz sadəcə təqvimin dəyişməsi, yazın gəlişi deyil; o, təbiətin oyanışı, həyatın yenilənməsi, insanların qəlbində ümid və sevinc çıraqlarının yandırılması bayramıdır. Bu bayramın fəlsəfəsi dərin bəşəri dəyərlərə söykənir: şər qüvvələr üzərində xeyirin qələbəsi, soyuq […]

Davamı

İxracyönümlü iqtisadiyyatın inkişafı: Elmi-nəzəri seminarda aktual məsələlər müzakirə olunub.

“İqtisadiyyat və idarəetmə” fakültəsində “İqtisadiyyat” kafedrasının müəllimi, Gəncə Dövlət Universitetinin doktorantı Nərmin Həsənovanın “Azərbaycan Respublikasında ixracyönümlü qeyri-neft iqtisadiyyatının inkişaf probemləri“ mövzusuna həsr olunmuş elmi-nəzəri seminarı keçirilib. Seminarda fakültənin dekanı, kafedra müdirləri, professor-müəllim heyəti və gənc tədqiqatçılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məruzəçi nümayəndələri qeyri-neft sektorunun inkişafının ölkə iqtisadiyyatının şaxələndirilməsindəki strateji əhəmiyyətindən bəhs edib. […]

Davamı

Dekanlıqdan tələbələrə təşəkkür

Fakültədə Novruz bayramı münasibətilə təşkil olunan “Novruz gəlir, yaz gəlir” adlı tədbirdə milli obrazları yüksək səviyyədə canlandıran tələbələr dekanlıq tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Tədbir zamanı tələbələrin səhnə performansı iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Onların yaratdığı bayram əhval-ruhiyyəsi Novruzun ruhunu dolğun şəkildə əks etdirərək tədbirə xüsusi rəng qatıb. Fakültə rəhbərliyi tərəfindən qeyd olunub […]

Davamı

Fakültəmizdə növbəti uğurlu açıq dərs keçirildi!

“İqtisadiyyat və İdarəetmə” fakültəsində “İdarəetmə” kafedrasının müəllimi Kamil Cəfərov tərəfindən “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının I kurs tələbələrinə “Heyətin idarə olunması” fənni üzrə maraqlı və interaktiv açıq dərs baş tutdu. Dərsdə “İdarəetmə” kafedrasının müdiri, i.f.d., dosent Afəddin Həmidov, “İqtisadiyyat” kafedrasının müdiri i.f.d., dosent Zakir Əhmədov, Tədris işləri üzrə dekan müavini Mustafa Cəfərov, Humanitar işlər üzrə […]

Davamı

İqtisadiyyat və idarəetmə fakültəsində bahar təravəti: “Novruz gəlir, yaz gəlir” şənliyi

Baharın müjdəçisi olan Novruz fakültəmizə qədəm qoydu! Bu gün keçirilən “Novruz gəlir, yaz gəlir” adlı tədbirimiz əsl el şənliyinə çevrildi. Şənlikdə GDU-nun AHİK sədri Afaq Qasımova, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşı Elnur Rzayev və fakültə heyəti iştirak ediblər. Şənlik dövlət himnimizin səslənməsi ilə başlandı. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna hörmət əlaməti […]

Davamı

Biznes tələbələri üçün innovativ idarəetmə modelləri: Açıq dərs

Fakültəmizin “Menecment və turizm işinin təşkili” kafedrasının müəllimi, iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru Məhərrəm Babayevin “İnnovasiyaların idarə edilməsi” fənni üzrə maraqlı açıq dərsi baş tutub. Biznesin idarə edilməsi (qrup 3) ixtisası tələbələrinə təşkilati quruluşların səmərəliliyinin artırılması yolları izah edilib. Açıq dərsdə kafedra müdiri, i.f.d. Əli Allahverdiyev, baş müəllim, i.f.d. Şahin Qasımov, baş müəllim, i.f.d. […]

Davamı

Fakültədə “Mikroiqtisadiyyat” fənni üzrə növbəti açıq dərs təşkil edilib

Fakültəmizdə tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin iqtisadi təfəkkürünün inkişaf etdirilməsi məqsədilə “İqtisadiyyat” kafedrasının müəllimi Emiliya Əsgərova tərəfindən “Mikroiqtisadiyyat” fənni üzrə növbəti açıq dərs keçirilib. Dərsdə fakültə dekanı, dosent Məsim Abadov, “İqtisadiyyat” kafedrasının müdiri i.f.d., dosent Zakir Əhmədov, “İdarəetmə” kafedrasının müdiri i.f.d. dosent Afəddin Həmidov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, “İqtisadiyyat” kafedrasının baş müəllimi, […]

Davamı

Yenilik və təravət rəmzi – Yel çərşənbəniz mübarək!

Azərbaycan xalqının zəngin mənəvi dəyərlərini özündə yaşadan, baharın gəlişinin xəbərçisi olan növbəti çərşənbəni – Yel çərşənbəsini qarşılayırıq. Xalq inanclarına görə, bu gün təbiət oyanır, hava saflaşır və bərəkətli yazın nəfəsi duyulmağa başlayır. Yel çərşənbəsi həm də yenilik, dinamika və hərəkət deməkdir. Yel çərşənbəsinin gətirdiyi bu bahar təravətinin elmi fəaliyyətinizdə sizə yeni uğurlar, təhsilinizdə tükənməz enerji […]

Davamı