Kateqoriya Arxivləri: Xəbərlər

İqtisadiyyat və idarəetmə fakültəsində bahar təravəti: “Novruz gəlir, yaz gəlir” şənliyi

Baharın müjdəçisi olan Novruz fakültəmizə qədəm qoydu! Bu gün keçirilən “Novruz gəlir, yaz gəlir” adlı tədbirimiz əsl el şənliyinə çevrildi. Şənlikdə GDU-nun AHİK sədri Afaq Qasımova, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşı Elnur Rzayev və fakültə heyəti iştirak ediblər. Şənlik dövlət himnimizin səslənməsi ilə başlandı. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna hörmət əlaməti […]

Davamı

Biznes tələbələri üçün innovativ idarəetmə modelləri: Açıq dərs

Fakültəmizin “Menecment və turizm işinin təşkili” kafedrasının müəllimi, iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru Məhərrəm Babayevin “İnnovasiyaların idarə edilməsi” fənni üzrə maraqlı açıq dərsi baş tutub. Biznesin idarə edilməsi (qrup 3) ixtisası tələbələrinə təşkilati quruluşların səmərəliliyinin artırılması yolları izah edilib. Açıq dərsdə kafedra müdiri, i.f.d. Əli Allahverdiyev, baş müəllim, i.f.d. Şahin Qasımov, baş müəllim, i.f.d. […]

Davamı

Fakültədə “Mikroiqtisadiyyat” fənni üzrə növbəti açıq dərs təşkil edilib

Fakültəmizdə tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin iqtisadi təfəkkürünün inkişaf etdirilməsi məqsədilə “İqtisadiyyat” kafedrasının müəllimi Emiliya Əsgərova tərəfindən “Mikroiqtisadiyyat” fənni üzrə növbəti açıq dərs keçirilib. Dərsdə fakültə dekanı, dosent Məsim Abadov, “İqtisadiyyat” kafedrasının müdiri i.f.d., dosent Zakir Əhmədov, “İdarəetmə” kafedrasının müdiri i.f.d. dosent Afəddin Həmidov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, “İqtisadiyyat” kafedrasının baş müəllimi, […]

Davamı

Yenilik və təravət rəmzi – Yel çərşənbəniz mübarək!

Azərbaycan xalqının zəngin mənəvi dəyərlərini özündə yaşadan, baharın gəlişinin xəbərçisi olan növbəti çərşənbəni – Yel çərşənbəsini qarşılayırıq. Xalq inanclarına görə, bu gün təbiət oyanır, hava saflaşır və bərəkətli yazın nəfəsi duyulmağa başlayır. Yel çərşənbəsi həm də yenilik, dinamika və hərəkət deməkdir. Yel çərşənbəsinin gətirdiyi bu bahar təravətinin elmi fəaliyyətinizdə sizə yeni uğurlar, təhsilinizdə tükənməz enerji […]

Davamı

8 MART: zəriflik və gücün bayramı fakültəmizdə qeyd olundu

Baharın gəlişi ilə təbiətin oyandığı bu gözəl günlərdə təqvimlər ən nəzakətli bayramlardan birini — 8 Mart Beynəlxalq Qadınlar Gününü göstərir. Bu gün sadəcə təqvim günü deyil, həm də cəmiyyətimizin sütunu olan qadınlarımıza olan hörmət və ehtiramın ifadəsidir. Bu özəl gün münasibətilə fakültəmizdə olduqca səmimi və rəngarəng anlar yaşanıb. Fakültənin fəal tələbələri bu günü dərslərlə yanaşı, […]

Davamı

8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

Gəncə Dövlət Universitetində (GDU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  və rektorun baş müşaviri Asif Cavadov çıxış edərək qadınların cəmiyyətdəki önəmli mövqeyindən  və elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin inkişafındakı rolundan bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev qadınlara daim yüksək dəyər vermiş, qadın […]

Davamı

AÇIQ DƏRS: “İSTEHLAKÇILARIN DAVRANIŞI VƏ MODELLƏŞDİRİLMƏSİ”

Fakültəmizin “Menecment və turizm işi” kafedrasının müəllimi Flora Nağıyeva “Marketinqin əsasları” fənnindən “Turizm işinin təşkili”, “Turizm bələdçiliyi” ixtisaslarının 2-ci kursunda təhsil alan tələbələr üçün “İstehlakçıların davranışı və modelləşdirilməsi” mövzusunda açıq dərs təşkil etmişdir. Dərsdə istehlakçıların bazar şəraitində qərarvermə mexanizmləri, seçim prinsipləri və onların iqtisadi modellər vasitəsilə izahı ətraflı şəkildə təqdim edilmişdir. Açıq dərs zamanı tələbələrə […]

Davamı

TƏLƏBƏLƏRİMİZ İDMAN MEYDANINDA: “5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir

“5 mart – Bədən tərbiyəsi və İdman Günü” münasibətilə universitetdə genişmiqyaslı tədbir keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş fakültələrarası spartakiadanın bağlanış mərasiminə həsr olunub.Tədbirdə spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların yekun nəticələri təqdim olunub. Yarışlarda fərqlənərək mükafata layiq yerlər qazanan idmançılar universitetin İdman Klubu tərəfindən fəxri fərman və medallarla təltif […]

Davamı

FUTBOLÇULARIMIZDAN BÖYÜK UĞUR: tələbələrimiz fakültələrarası futbol yarışında II yerə sahib oldular!

Universitetimizdə keçirilən fakültələrarası futbol çempionatı maraqlı anlar və gərgin mübarizə ilə yadda qaldı. Həftələrlə davam edən maraqlı oyunlar silsiləsində fakültəmizi təmsil edən futbol komandası turnirin ən diqqətçəkən və intizamlı kollektivlərindən biri olduğunu sübut etdi. Komandanın daxilində fakültə TGT-nin aktiv tələbələri, idarə heyətinin üzvləri də iştirak edirdi. Turnir boyu qrup mərhələlərini uğurla keçən komandamızın əsl sınağı […]

Davamı

Baharın od nəfəsi: OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

Novruz bayramının mühüm mərhələlərindən biri olan Od çərşənbəsi ölkəmizin hər bir guşəsində böyük qürur və sevinclə qarşılanır. Qədim inanclarımıza görə, bu çərşənbə günəşin hərarətini, təbiətin qış yuxusundan oyanışını və mənəvi təmizlənməni simvolizə edir. Od – istilik, işıq və enerji deməkdir. Bu mübarək gündə alovlanan tonqallar təkcə təbiəti deyil, həm də qəlbimizdəki qurub-yaratmaq eşqini yenidən canlandırır. […]

Davamı