MEDİA VƏ İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR
Gəncə Dövlət Universitetində 2017–2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanın təşkili prosesini müşahidə etmək üçün “açıq qapı” günü təşkil olunub. Müşahidəçilər universitetdə fəaliyyət göstərən imtahan qərargahı, apelyasiya komissiyası və “qaynar xətt”in iş prinsipi ilə tanış olublar. Vurğulanıb ki, qərargahın yaradılmasında məqsəd imtahanların gedişində obyektivliyi və şəffaflığı, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin […]