Aylıq Arxiv: Mart 2022

31 Mart soyqırımı

Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 […]

Davamı

Açıq dərs

16 mart 2022-ci ildə İqtisadiyyat kafedrasının baş müəllimi Qazıyeva Gülsəba Fiqan qızının İqtisadiyyat II kurs ixtisasında “Mühasibat uçotu və audit” fənnindən “Torpaq, tikili və avadanlıqların, qeyri – maddi aktivlərin və bioloji aktivlərin uçotu” mövzusunda açıq dərsi keçirildi .Dərsdə proyektordan istifadə edildi. Açıq dərsdə kafedra əməkdaşları iştirak etdilər.

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Nadir oğlu Xurşudov

Bu gün ,yəni 16 mart 2022-ci il tarixində Gəncə Dövlət Universitetinin əsas korpusunun Nizami zalında Elmi Şura keçirilmişdir. Həmin Şurada 15 mart tarixində Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevin əmrinə əsasən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Nadir oğlu Xurşudovun təqdimatı olmuşdur. Təbriklər . İşinizdə uğurlar arzu […]

Davamı

Azərbaycanda Novruz çərşənbələrinin sonuncusu – İlaxır çərşənbə qeyd olunur

Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə papaq atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə […]

Davamı

Fakültənin daha bir uğuru

Menecment və turizm işi kafedrasının müəllimi Xudaverdiyeva Elnurə Misir qızı “Ümumi iqtisadiyyat” ixtisası üzrə “Kənd təsərrüfatında kiçik sahibkarlığın stimullaşdırılmasının təkmilləşdirilməsi” mövzusunda elmlər namizədi dissertasiyasını müdafiə edərək iqtisad elmləri üzrə fəsəfə doktoru adını almışdır. Həmkarımıza uğurlar arzu edirik!

Davamı

10 mart 2022-ci il

Bu tarixdə Marketing ixtisası III kurs tələbələrinə “İqtisadiyyatın tənzimlənməsi” fənnindən “Dövlətin pul-kredit siyasəti” mövzusunda İdarəetmə kafedrasının müəllimi Fərəcova Gülüstanın açıq dərsi keçirildi. Dərsdə proyektordan istifadə edildi. Açıq dərsdə kafedra müdiri dosent Zakir Abbasov, baş müəllim Səbuhi Ramazanov və başqaları iştirak etdi.

Davamı