Böyük Zəfərə gedən yolun son addımları – Tovuz döyüşləri
Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan hərbi əməliyyatlardan biri də Tovuz döyüşləridir. Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərinin başlamasından beş il ötür. Ümumiyyətlə, Ordumuz Zəfərə gedən yolu 2016-cı il şanlı Aprel döyüşlərində, 2018-ci il uğurlu Günnüt əməliyyatında, 2020-ci il Tovuz döyüşlərində addım-addım qət edib. Tovuz döyüşləri ölkəmizə qarşı təxribatçı əməllərindən əl […]
