Beynəlxalq qadınlar günü

Universitetin rektoru, professor Yusif Yusibovun 2 mart 2023-cü il tarixli 2/31 sayli əmri ilə İdarəetmə kafedrasının müəllimi Həsənova Şəlalə Knyaz Fəxri fərmanla təltif edilib. Fəxri fərmani fakültənin dekanı dosent Məsim Abadov təqdim etdi. Uğurlarınız bol olsun müəllimə!

Davamı

Aciq dərs

7 mart 2023-cü il tarixində Biznesin idarə edilməsi III kurs tələbələrinə İctimayyətlə əlaqələr fənnindən “İctimayyətlə əlaqədə fəal təsirli ünsiyyətin rolu” mövzusunda acıq dərsi oldu. Dərsdə dekan dosent Məsim Abadov . kafedra müdiri dosent Zakir Abbasov və müəllimlər iştirak etdi. Dərsdə proyektordan istifadə edildi.

Davamı

Açıq dərs

İdarəetmə kafedrasının müəllimi Əliyev Tural Şahin oğlunun Dövlət və Bələdiyyə idarəetməsi  II  kurs tələbələrinə “Dövlət qulluğu” fənnindən “Azərbaycan Respublikasıda “Dövlət qulluğu haqqında” qanunun tədbiqi qaydası” mövzusunda açıq dərsi keçirildi. Dərsdə dekan dosent Məsim Abadov, dekan müavini Könül Əlizadə. kafedra müdiri dosent Zakir Abbasov və müəllimlər iştirak etdi. Dərsdə proyektordan istifadə edildi.

Davamı

Xocalı soyqırımı

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və […]

Davamı

Elmi Şura

23 fevral 2023-cü ildə İqtisadiyyat və idarəetmə fakültəsində növbəti Elmi Şura keçirildi. 1. 2022/2023-cü tədris ilinin  qış imtahan sessiyalarının yekunları və      fakültənin qarşısında duran vəzifələr             2.   Buraxılış işlərinin  icra vəziyyəti barəsində                              3.Cari tədris ilinin qış imtahan sessiyasında yaranmış akademik  borcların və  kreditlərin ödənilməsinin təşkili                                               4. Müsabiqə yolu ilə professor-müəllim heyətinin seçkisi

Davamı

İbrahimov Mübariz Ağakərim Doğum tarixi: 07.02.1988 Şəhid olub: 19.06.2010 Rütbəsi: gizir Təltifləri Azərbaycanın Milli Qəhrəmanı «Qızıl Ulduz» medalı

Bu gün Qəhrəmanımızın ad gunudur. 1988-ci il, fevral ayının 7-də doğulan Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Qəhrəmanlıq ənənələri ruhunda böyüyən Mübariz orta təhsilini şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində alıb. 2006-cı ilin yazında həqiqi hərbi xidmətə çağrılan gənc Mübariz Daxili Qoşunların “N” saylı hissəsinin xüsusi təyinatlı bölüyündə atıcı əsgər olub, həqiqi hərbi […]

Davamı

Türkiyədə 7.4 bal gücündə zəlzələ olub: Çox sayda ölən və yaralananlar var

Türkiyədə bazar ertəsi səhərə yaxın baş vermiş zəlzələdə indiyədək azı 3381 nəfərin öldüyü, 20 min 426 nəfərin yaralı olduğu bildirilir. Bu barədə AFAD-ın risklərin azaldılması üzrə baş meneceri Orhan Tatar məlumat verib. Ölkənin Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqanı Yunus Sezer bir qədər əvvəl verdiyi açıqlamada bildirib ki, Türkiyə indiyədək “65 ölkədən kömək istəyib”. […]

Davamı

Bu gün tarix yazan lider Prezident İlham Əliyevin ad günüdür

24 dekabr – Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr […]

Davamı

Tələbələrlə görüş

13 dekabr 2022-ci ildə Gəncə Dövlət Universitetinin V korpusunda rektor professor Yusif Yusibovun və tədris məsələləri üzrə prorektor Şahin Xurşudovun tələbələrlə imtahan qabağı görüşü kecirildi. İclasda tələbələr onları narahat edən sualları verdilər və o suallara tam aydınlıqla cavab aldılar. Həmçinin tələbələr rektorluğa onlara göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Beləki, tələbələrə mühazirə mətnləri həm elektron […]

Davamı