26 Fevral – Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilmişdir

24.02.2021 – ci il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açdı. Tədbirdə fakültə TEC -nin sədri Mustafa Cəfərov da çıxış etdi. Həmçinin tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Könül Əlizadə və İqtisadiyyat kafedrasının müdiri dosent […]

Davamı

ONLINE BURAXILIŞ İŞİ MÜDAFİƏSİ

İqtisadiyyat və idarəetmə fakültəsində onlayn şəkildə buraxılış işi müdafiəsi keçirilmişdir. Qeyd edək ki, fakültədə 6 ixtisas üzrə 181 tələbədən 23-ü buraxılış işinə düşmüşdür. Müdafiədə 23 nəfər tələbənin hamısı iştirak etmişdir və hər biri ayrı ayrılıqda online şəkildə (monitor görüntüsü vasitəsi ilə) çıxış edərək müdafiə etmişdirlər. Bütün tələbələrimizi təbrik edir uğurlar arzu edirik.

Davamı

ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ANADAN OMASININ 97-Cİ İLDÖNÜMÜ

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür Ulu öndər Heydər Əliyevin anadan olmasından 97 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş […]

Davamı

Şuşanın işğalı

289 kvadrat kilometr ərazisi olan Şuşa rayonunda həmin dövrdə 25.000 əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət […]

Davamı

Gigiyena qaydalarına riayət edək edək sağlam yaşayaq

Təmizlik gigiyenanın ilkin şərtidir. Higiyena (q.yun. ὑγιεινόν — “sağlamlıq”) — tibbin həyat şəraitinin, insan əməyinin insana təsirini və müxtəlif xəstəliklərin profilaktikasını öyrənən sahəsi; bu sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir. Higiyena sözü Qədim Yunan mifologiyasından götürülmüşdür. Qədim Yunanların təbabət tanrısı Asklepinin (yun. Ἀσκληπιός, Asklepios) beş qızından biri olan Higieya (q.yun. Ὑγιεία) təmizlik ilahəsi idi. Şəxsi gigiyena Şəxsi higiyena – […]

Davamı

Azərbaycanda İlaxır çərşənbə qeyd olunur

Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə – Topraq çərşənbəsidir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var. İnama görə Torpaq […]

Davamı

Yel çərşənbəniz mübarək

İnanclara görə, Yel çərşənbəsinin gətirdiyi isti küləklər yazın gəlişini yaxınlaşdırır, təbiəti isindirir. Ona xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” də deyilir. İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət eldib Yel babanı çağırmalısan. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları tərpənsə, diləyin yerinə yetər. Əski inanclara görə, bu gün […]

Davamı