Gəncə Dövlət Universiteti növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib
Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub. Qəbul edilmiş qərarlara əsasən, Naxçıvan Dövlət Universiteti, […]










